Teras Park Bakıxanovda, "Aygün mall" və 252 nömrəli məktəbin yaxınlığında yerləşən yaşayış kompleksidir. 2017-ci ildə təməli qoyulan 23 mərtəbəli bina Neftçilər metrostansiyasından cəmi 10 dəqiqəlik məsafədədir. Burada mənzillərin daxili hündürlüyü 3,12 metr, mərtəbələrin ümumi hündürlüyü 3,30 metrdir. Kompleks 13-cü mərtəbəsindən etibarən terraslı və terraslı dupleks mənzillərlə layihələndirilib. Teras Park beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və uzunömürlü tikinti materialları, Ukrayna istehsalı armaturlar və M400 markalı betondan istifadə edilərək inşa edilir.